Xəbərlər
16.05.2025
16.05.2025-ci il tarixində Xəzər Universiteti Dünya Məktəbinin yeddinci sinif şagirdlərindən ibarət növbəti qrupu üçün FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində ekskursiya təşkil edildi. Şagirdlər şirkətimizin istehsal sahələri ilə tanış oldular. Məhsulların hazırlanma prosesini yaxından izlədilər. Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr haqqında məlumatlar verildi.Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya çay süfrəsi arxasında xoş əhvali-ruhiyyədə başa çatdı.
Digər xəbər yazıları