“FAB Payızın rəngləri ilə” adlı foto müsabiqəsinin qaliblərinin seçim mərhələsi başa çatıb
calendar-icon

07.12.2019

“FAB Payızın rəngləri ilə”  adlı foto müsabiqəsinin qaliblərinin seçim mərhələsi başa çatıb

07.12.2019-cu il tarixində “FAB Boya və Kimya Sənayesi” MMC-nin təşkil etdiyi “FAB Payızın rəngləri ilə” adlı foto müsabiqəsinin qaliblərinin seçim mərhələsi başa çatıb. Münsiflər heyətində Əməkdar incəsənət xadimi,sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qrafikaçı rəssam Rüstəm Məmmədov, tanınmış fotoqraf Ramin Aslanov, şirkətimizin Marketinq Departamentinin rəhbəri Anar İsmayılov və qrafik dizayner Elşən Abdullayev iştirak ediblər. Müsabiqə üçün təqdim edilən şəkillər arasından 3 ən yaxşı foto seçilib. Qaliblər 14.XII.2019-cu il tarixində keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq. I yerə layiq görülmüş fotonun sahibinə -500 azn; II yerə 300 azn; III yerə isə 200 azn pul mükafatı təqdim ediləcək. Tədbir zamanı qaliblərlə yanaşı bütün müsabiqə iştirakçıları xüsusi hədiyyələrlə təltifləndiriləcəklər. Mükafatların təqdim olunacağı məkan və vaxt haqqında iştirakçılara məlumat göndəriləcək.

Digər xəbər yazıları

other-news card img

YAŞAM BEYNƏLXALQ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ FABDA

02.06.2026

other-news card img

HƏDƏF LİSEYİNİN NÖVBƏTİ ŞAGİRD QRUPU “FAB”DA

02.06.2026

other-news card img

FAB FUTBOL ÇEMPİONATI 2026-NIN İDMAN RUHU MUSİQİ İLƏ DAVAM ETDİ

27.05.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU QURBAN BAYRAMI VƏ MÜSTƏQİLLİK GÜNÜ ƏRƏFƏSİNDƏ AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM EDİB

26.05.2026